Avropa oyunları 2015

2015-ci il aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. İlk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.

Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbir – birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzində idi.

Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan “Atəşgah məbədi” Dövlət-Tarix Memarlıq Qoruğundan başlayıb. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətirilmişdir.