İlaxır çərşənbə 2017

Bakı şəhər İcra hakimiyyəti və Suraxanı rayon İcra hakimiyyəti tərəfindən təşkil olunmuş İlaxır çərşənbə ilə əlaqədar tədbir 14 mart tarixində “Atəşgah məbədi” Dövlət-Tarix Memarlıq Qoruğunda keçirilmişdir. Tədbirdə Suraxanı rayonunun rəhbərliyi, bir çox idarə və təşkilatlardan dəvət olunmuş qonaqlar, eləcə də xarici qonaqlar, yerli vətəndaşlar iştirak etmişdirlər. Tədbir müxtəlif telekanallar tərəfindən çəkilmiş və yayımlanmışdır.