2017-ci ilin iyun ayında 3-cü Beynəlxalq Yoqa Günü çərçivəsində ictimaiyyətə açıq yoqa seansları və tədbirləri keçirilib

2014-cü ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) üzv dövlətləri 21 iyunun Beynəlxalq Yoqa Günü elan olunması haqqında qətnamə qəbul ediblər. Bununla əlaqədar, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı, Sumqayıt, Qobustan və Gəncə daxil olmaqla, bir çox şəhərlərində 2017-ci ilin iyun ayında 3-cü Beynəlxalq Yoqa Günü çərçivəsində ictimaiyyətə açıq yoqa seansları və tədbirləri keçirilib.

Azərbaycanda yoqa həftəsi Hindistanın Azərbaycandakı Assosiasiyasının üzvləri və Yoga Shahi, Art of living Azərbaycan, Sirvanda yoqa mərkəzi kimi yoqa məktəblərindən olan 150 nəfərdən artıq yoqa həvəskarının iştirakı ilə iyunun 18-də Qobustanda açıq havada keçirilən yoqa seansı ilə başlayıb. Tədbirlər İçərişəhərdə (21 iyun), Gəncədə (23 iyun), Sumqayıtın yeni Dənizkənarı Bulvarında (24 iyun) və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunda (25 iyun) keçirilmişdir.

Geri

TƏDBİRLƏR

  • “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”

    Ətraflı
  • 18 may “Beynəlxalq Muzey Günü”-nə həsr olumuş tədbir keçirilmişdir

    Ətraflı
  • “Ölkəmizi tanıyaq” devizi ilə tur aksiya

    Ətraflı
  • “UNUTMADIQ, UNUTDURMAYACAĞIQ”

    Ətraflı

Copyright © 2019 |