Hindistan səfirinin iştirakı ilə Hindistanın görkəmli dini nümayəndəsi – Quru Nanakın şərəfinə buraxılan yeni poçt markalaının təqdimatı keçirilmişdir
25 fevral tarixində Hindistan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, cənab B. Vanlalvavna-nın iştirakı ilə, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda, Hindistanın XV-XVI əsrlərinə aidolan, görkəmli dini nümayəndəsi – Quru Nanakın şərəfinə buraxılan yeni poçt markalaının təqdimatı keçirilmişdir.
Quru Nanak – siqhizm dininin banisi hesab edilir və Hindistanda ən müqəddəs şəxslərdən biri hesab edilir. “Atəşgah Məbədi” DTMQ-u Zərdüştlik və Hinduizm dinlərinə məxsus olduğuna görə, qeyd olunan təqdimat əlamətdar tədbir kimi qəbul edilir.
Cənab B. Vanlalvavna Hindistan Xarici İşlər Xidmətlərində 1998-ci ildən etibarən çalışır. Müxtəlif illərdə Tokyo, Şanxay, Brüssel və Qahirə şəhərlərində səfir təyin edilib. Azərbaycan Respublikasında 28 fevral 2019-cu ildən etibarən fövqəladə və səlahiyyətli səfir vəzifəsində təyin edilib.

XƏBƏRLƏR
-
"Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna giriş ödənişsiz olacaq
-
Hindistan səfirinin iştirakı ilə Hindistanın görkəmli dini nümayəndəsi – Quru Nanakın şərəfinə buraxılan yeni poçt markalaının təqdimatı keçirilmişdir
-
“Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans
-
19 Mart 2019- cu il tarixində “Atəşgah məbədi” DTMQ-da İlaxır Çərşənbə Bayramı qeyd edilmişdir.