XOŞ
GƏLMİSİNİZ
İş rejimi
Hər gün: 900 - 1800
XOŞ
GƏLMİSİNİZ
Qədim əsrlərdən
bəri Azərbaycanda yanan təbii əbədi odlar
insanların dini etiqadlarına güclü təsir göstərmiş
və oda sitayiş etmək inancı yaratmışdır.
İnsanların məbəd kimi qəbul etdiyi yerlərdən
biri də Bakı şəhəri Suraxanı rayonunda indiki Atəşgah
məbədinin ərazisi olmuşdur. XVll-XVlll əsrlərdə
qədim atəşpərəstlər məbədinin
qalıqları üzərində, təbii qazın
çıxdığı əbədi məşəlin
yerində inşa edilmiş bu məbəd 26 hücrədən
və mərkəzi səcdəgahdan ibarətdir. Hazırda Atəşgah
məbədi “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət
tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət
göstərir, lakin onun özünəməxsusluğu,
unikallığı və YUNESKO-nun Dünya İrsinin
İlkin siyahısına daxil edilməsi “Atəşgah məbədi”
abidəsinin müstəqil fəaliyyəti və mühafizəsinə
zərurət yaradır.
Azərbaycanın
maddi mədəniyyət abidələri sırasında
XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin
qalıqları üzərində inşa olunmuş və
hazırda YUNESKO-nun Dünya İrsinin İlkin
siyahısına daxil edilmiş “Atəşgah məbədi”
Dövlət tarix-memarlıq qoruğunun özünəməxsus
yeri vardır. Qoruq Azərbaycan tarixinin öyrənilməsi ilə
yanaşı, respublikamızda turizmin inkişaf etdirilməsi
baxımından da böyük əhəmiyyət kəsb
edir.
“Atəşgah məbədi”
Dövlət tarix-memarlıq qoruğunun mühafizəsinin təkmilləşdirilməsi
və onun maddi-texniki təminatının
yaxşılaşdırılması məqsədi ilə qərara
alıram:
1. Bakı şəhərinin
Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah
məbədi” Dövlət tarix-memarlıq qoruğunun
konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin
hazırlanması