logotype

“Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun mühafizəsi və maddi-texniki təminatı barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 
Azərbaycanın maddi mədəniyyət best essay writing service reviews abidələri sırasında XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və hazırda YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilmiş “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun özünəməxsus yeri vardır. Qoruq Azərbaycan tarixinin öyrənilməsi ilə yanaşı, respublikamızda turizmin inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

 

“Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun mühafizəsinin təkmilləşdirilməsi və onun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və “Atəşgah” tarixi muzey mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki,bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan math homework help online irəli gələn məsələləri həll etsin.

 
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri , 1 iyul 2009-cu il


AZƏRBAYCAN RESPUBLİKASININ BAKI ŞƏHƏRİ SURAXANI RAYONUNDA ATƏŞGAH MƏBƏDİ ƏRAZİSİNİN “ATƏŞGAH MƏBƏDİ” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞU ELAN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Qədim əsrlərdən bəri Azərbaycanda yanan təbii əbədi odlar insanların dini etiqadlarına güclü təsir göstərmiş və oda sitayiş etmək inancı yaratmışdır. İnsanların məbəd kimi qəbul etdiyi yerlərdən biri də Bakı şəhəri Suraxanı rayonunda indiki Atəşgah məbədinin ərazisi olmuşdur. XVll-XVlll əsrlərdə qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində inşa edilmiş bu məbəd 26 hücrədən və mərkəzi səcdəgahdan ibarətdir. Hazırda Atəşgah məbədi “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət göstərir, lakin onun özünəməxsusluğu, unikallığı və YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi “Atəşgah məbədi” abidəsinin müstəqil fəaliyyəti və mühafizəsinə zərurət yaradır.
 
Adı çəkilən tarix və mədəniyyət abidəsinin qorunub saxlanılmasını və mühafizəsini günün tələbləri səviyyəsində təmin etmək, eləcə də burada turizmin inkişaf etdirilməsi məqsədi ilə qərara alıram:
 
1. Azərbaycan Respublikasının Bakı şəhəri Suraxanı rayonunda yerləşən Atəşgah məbədinin ərazisi Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu elan edilsin.
 
2. Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilsin.
 
3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üç ay müddətində:
 
3.1. Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamə layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
 
3.2. Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun qorunub saxlanılması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
 
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclərin Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş mərkəzləşdirilmiş xərclər hesabına həyata keçirilməsini təmin etsin.
 
5. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üç ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun mühafizə zonalarını əks etdirməklə sərhədləri barədə təkliflərini təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
 
6. Bakı Şəhər İcra Hakimiyyəti:
 
6.1. qoruğun ətrafyanı sahələrinin abadlaşdırılmasını təmin etsin;
 
6.2. üç ay müddətində Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun inzibati bina ilə təmin olunması üçün zəruri tədbirləri həyata keçirsin;
 
6.3. aidiyyəti orqanlarla birlikdə qeyd edilən qoruğun məqsədlərinə uyğun olmayan qanunsuz tikinti və təsərrüfat işlərinin qarşısının alınması üçün qanunvericiliyə uyğun təxirəsalınmaz tədbirlər görsün.
 
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası ilə bağlı maliyyə vəsaitinin ayrılmasını təmin etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 
8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.