logotype

“ATƏŞGAH” OD MƏBƏDİ
 

       Bir çox insanlar öz təsəvvürlərində Azərbaycanı zəngin neft və qaz ehtiyatları ilə əlaqələndirirlər.Mənfəət güdən insanların nəzərində neft və qaz zənginlik və çiçəklənmə mənbəidir, mənfəət cheap essay writing güdməyən,sadə insanlar isə, yanan gazın alovlarında ilahi bir şey görüb, öz dinlərini yaratdılar.

       Abşeron yarımadasının demək olar ki, mərkəzində, köhnə Suraxanı qəsəbəsi ərazisində Azərbaycanın tarixi-mədəni abidəsi  –  “Atəşgah” od  məbədi   yerləşmişdir.Məbəd hələ qədim zamanlardan XIX əsrin sonlarınadək yerin tərkindən yanar qazların püskürdüyü, sönməz “əbədi odların” alovlandığı bir yerdə ucalır. “Ədədi odlar” insanların nəzərlərini özlərinə cəlb edərək, əsən meh istiqamətində haçalanan təbii alov dilimlərinin həyacanlandırıcı gözəlliyi ilə bəşər övladlarını ovsunlayaraq yanırdılar.
       “Atəşgahın” tarixi taleyində Azərbaycan xalqının çoxəsrli, hadisələrlə zəngin tari- xinin  böyük  mərhələləri  bir-birinə qovuşmuşdur.Abidənin   tarixi   kökləri   bizi   çox   qədimlərə,  Azərbaycan    dövlətçiliyinin  yarandığı  və  ölkədə   hakim   dinin yaranma   tarixi   e.ə. X –IX  əsrlərə  aid  olan zərdüştlük  olduğu dövrlərə  aparır.
Zərdüştlük  dünyada  ən  qədim  dinlərdən  biridir. Bu din Azərbaycan  ərazisində yaranmışdır. Abşeron  yarımadası  isə, xüsusən  neft və qaz  yataqları  ilə  zəngin olan  Suraxanı  zərdüştilərin    təxminən   b. e. II – III   əsrlərində  özlərinə   məbəd tikdirmələri  üçün ən  münasib  yer  olmuşdur, məbəd  isə “Atəşgah”, yəni “od yeri”, “od səcdəgahı” adlandırılmışdır.
       O zaman Azərbaycan torpağında minlərlə od yanırdı. İstər möhtəşəm məbədlərdə, istərsə də sadə adamların səcdəgahlarında səndəl və şümşad ağaclarının ətirlərini ətrafa yayaraq “müqəddəs od” alovlanırdı. Bir çox səyyah və alimlər, o cümlədən XVIII əsrdə İngiltərənin görkəmli  ictimai xadimi,  səyyah  və  publisist  olmuş  Conas Hanuey (1744) Bakı ətrafında math homework help online  ayrı-ayrı  dövrlərdə  tikilmiş  müxtəlif  tipli qədim od məbədlərinin tam komplekslərinin mövcudluğu haqqında yazırdı.

       İnsanlar  bədbəxtlik  və zülmdən müdafiə axtararaq,  xoşbəxtlik  və əmin-amanlıq haqqında  dualar  edərək  oda  ibadət  edirdilər.  Bu qədim  odlardan da  Azərbaycan özünün “odlar yurdu” adını almışdır.
       “Rusiyanın cənub qurtaracağında yerləşən Bakı şəhəri hər növ turistlərin tam və dərin  marağına  layiq  olan  bir  çox  şeylərdən ibarətdir; lakin  heç  şübhəsiz  ki, sönməyən odlar özünə görə yeganə bir hadisədir, səyyahların nəzərini hər şeydən cox cəlb edir”.

İ. Berezin, avqust, 1842-ci il.