HAQQIMIZDA

“Atəşgah məbədi” – Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” anlamı verir. Tarixi mənbələrdə yazıldığına görə, qədim atəşpərəstlər məbədinin qalıqları üzərində, təbii qazın çıxdığı əbədi məşəlin yerində XVII-XVIII əsrlərdə inşa edilmiş bu məbəd 24 hücrə və mərkəzi səcdəgahdan ibarətdir. Tarixçilərin yazdığına görə, müxtəlif vaxtlarda tikilmiş hücrələr və ibadətgah XVII əsrin sonlarında ümumi hasara alınmışlar. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir.

Bir çox insanlar öz təsəvvürlərində Azərbaycanı zəngin neft və qaz ehtiyatları ilə əlaqələndirirlər.Mənfəət güdən insanların nəzərində neft və qaz zənginlik və çiçəklənmə mənbəidir, mənfəət güdməyən,sadə insanlar isə, yanan gazın alovlarında ilahi bir şey görüb, öz dinlərini yaratdılar.

Abşeron yarımadasının demək olar ki, mərkəzində, köhnə Suraxanı qəsəbəsi ərazisində Azərbaycanın tarixi-mədəni abidəsi – “Atəşgah” od məbədi yerləşmişdir.Məbəd hələ qədim zamanlardan XIX əsrin sonlarınadək yerin tərkindən yanar qazların püskürdüyü, sönməz “əbədi odların” alovlandığı bir yerdə ucalır. “Ədədi odlar” insanların nəzərlərini özlərinə cəlb edərək, əsən meh istiqamətində haçalanan təbii alov dilimlərinin həyacanlandırıcı gözəlliyi ilə bəşər övladlarını ovsunlayaraq yanırdılar.
“Atəşgahın” tarixi taleyində Azərbaycan xalqının çoxəsrli, hadisələrlə zəngin tari- xinin böyük mərhələləri bir-birinə qovuşmuşdur.Abidənin tarixi kökləri bizi çox qədimlərə, Azərbaycan dövlətçiliyinin yarandığı və ölkədə hakim dinin yaranma tarixi e.ə. X –IX əsrlərə aid olan zərdüştlük olduğu dövrlərə aparır.
Zərdüştlük dünyada ən qədim dinlərdən biridir. Bu din Azərbaycan ərazisində yaranmışdır. Abşeron yarımadası isə, xüsusən neft və qaz yataqları ilə zəngin olan Suraxanı zərdüştilərin təxminən b. e. II – III əsrlərində özlərinə məbəd tikdirmələri üçün ən münasib yer olmuşdur, məbəd isə “Atəşgah”, yəni “od yeri”, “od səcdəgahı” adlandırılmışdır.
O zaman Azərbaycan torpağında minlərlə od yanırdı. İstər möhtəşəm məbədlərdə, istərsə də sadə adamların səcdəgahlarında səndəl və şümşad ağaclarının ətirlərini ətrafa yayaraq “müqəddəs od” alovlanırdı. Bir çox səyyah və alimlər, o cümlədən XVIII əsrdə İngiltərənin görkəmli ictimai xadimi, səyyah və publisist olmuş Conas Hanuey (1744) Bakı ətrafında ayrı-ayrı dövrlərdə tikilmiş müxtəlif tipli qədim od məbədlərinin tam komplekslərinin mövcudluğu haqqında yazırdı.

İnsanlar bədbəxtlik və zülmdən müdafiə axtararaq, xoşbəxtlik və əmin-amanlıq haqqında dualar edərək oda ibadət edirdilər. Bu qədim odlardan da Azərbaycan özünün “odlar yurdu” adını almışdır.
“Rusiyanın cənub qurtaracağında yerləşən Bakı şəhəri hər növ turistlərin tam və dərin marağına layiq olan bir çox şeylərdən ibarətdir; lakin heç şübhəsiz ki, sönməyən odlar özünə görə yeganə bir hadisədir, səyyahların nəzərini hər şeydən cox cəlb edir”.

İ. Berezin, avqust, 1842-ci il.

QORUĞUN ADMİNİSTRASİYASI

  • Baş mühasib : Əliyev Vüqar

    Tel: +99412 565-12-87

    Read more...
  • Baş fond mühafizi : Məmmədova Nərmin

    Tel: +99412 452-44-07

    Read more...
  • Direktor müavini: Məmmədov Əsəd

    Tel : +99412 565-12-87

    Read more...
  • Direktor : Rəşid Babai

    Tel: +99412 565-12-88

    Read more...

Copyright © 2019 |