“ATƏŞGAH” OD MƏBƏDİ
Bir çox insanlar öz təsəvvürlərində Azərbaycanı zəngin neft və qaz ehtiyatları ilə əlaqələndirirlər.Mənfəət güdən insanların nəzərində neft və qaz zənginlik və çiçəklənmə mənbəidir, mənfəət güdməyən,sadə insanlar isə, yanan gazın alovlarında ilahi bir şey görüb, öz dinlərini yaratdılar.
Abşeron yarımadasının demək olar ki, mərkəzində, köhnə Suraxanı qəsəbəsi ərazisində Azərbaycanın tarixi-mədəni abidəsi – “Atəşgah” od məbədi yerləşmişdir.Məbəd hələ qədim zamanlardan XIX əsrin sonlarınadək yerin tərkindən yanar qazların püskürdüyü, sönməz “əbədi odların” alovlandığı bir yerdə ucalır. “Ədədi odlar” insanların nəzərlərini özlərinə cəlb edərək, əsən meh istiqamətində haçalanan təbii alov dilimlərinin həyacanlandırıcı gözəlliyi ilə bəşər övladlarını ovsunlayaraq yanırdılar.
“Atəşgahın” tarixi taleyində Azərbaycan xalqının çoxəsrli, hadisələrlə zəngin tari- xinin böyük mərhələləri bir-birinə qovuşmuşdur.Abidənin tarixi kökləri bizi çox qədimlərə, Azərbaycan dövlətçiliyinin yarandığı və ölkədə hakim dinin yaranma tarixi e.ə. X –IX əsrlərə aid olan zərdüştlük olduğu dövrlərə aparır.
Zərdüştlük dünyada ən qədim dinlərdən biridir. Bu din Azərbaycan ərazisində yaranmışdır. Abşeron yarımadası isə, xüsusən neft və qaz yataqları ilə zəngin olan Suraxanı zərdüştilərin təxminən b. e. II – III əsrlərində özlərinə məbəd tikdirmələri üçün ən münasib yer olmuşdur, məbəd isə “Atəşgah”, yəni “od yeri”, “od səcdəgahı” adlandırılmışdır.
O zaman Azərbaycan torpağında minlərlə od yanırdı. İstər möhtəşəm məbədlərdə, istərsə də sadə adamların səcdəgahlarında səndəl və şümşad ağaclarının ətirlərini ətrafa yayaraq “müqəddəs od” alovlanırdı. Bir çox səyyah və alimlər, o cümlədən XVIII əsrdə İngiltərənin görkəmli ictimai xadimi, səyyah və publisist olmuş Conas Hanuey (1744) Bakı ətrafında ayrı-ayrı dövrlərdə tikilmiş müxtəlif tipli qədim od məbədlərinin tam komplekslərinin mövcudluğu haqqında yazırdı.
İnsanlar bədbəxtlik və zülmdən müdafiə axtararaq, xoşbəxtlik və əmin-amanlıq haqqında dualar edərək oda ibadət edirdilər. Bu qədim odlardan da Azərbaycan özünün “odlar yurdu” adını almışdır.
“Rusiyanın cənub qurtaracağında yerləşən Bakı şəhəri hər növ turistlərin tam və dərin marağına layiq olan bir çox şeylərdən ibarətdir; lakin heç şübhəsiz ki, sönməyən odlar özünə görə yeganə bir hadisədir, səyyahların nəzərini hər şeydən cox cəlb edir”.
İ. Berezin, avqust, 1842-ci il.
News
-
Members of the Los Angeles Jewish community visited the Ateshgah
-
“ATƏŞGAH MƏBƏDİ” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞUNA GİRİŞ ÖDƏNİŞSİZ OLACAQ
-
“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”
-
Beynəlxalq Muzey Gününə həsr olunmuş tədbir