“UNUTMADIQ, UNUTDURMAYACAĞIQ”

17-20 yanvar tarixlərində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Suraxanı rayon İcra Hakimiyyətinin dəstəyi ilə 4 gün müddətində “Unutmadıq, unutdurmayacağıq” adlı tədbir keçirilmişdir. Tədbir təbliğat xarakteri daşıyırdı. Bu tədbirdə əcnəbi və yerli qonaqlara azərbaycan, rus, ingilis dillərində çap olunmuş bukletlər təqdim edilmişdir. Bu bukletlərdə 20 Yanvar tarixi və statistik məlumatlar öz əksini tapmışdır.