İmaddədin Nəsiminin 650 illik yubileyinin keçirilməsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük Azərbaycan şairi və mütəfəkkiri İmaddədin Nəsiminin 650 illik yubileyinin keçirilməsi və 2019- cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı 13 mart 2019- cu il tarixində, saat 15:00- da “Atəşgah məbədi” Dövlət Tarix- Memarlıq Qoruğunda “Mən bəşəriyyətə gərəyəm” adlı tədbir keçirilmişdir. Tədbiri “Atəşgah məbədi” Dövlət Tarix- Memarlıq Qoruğu və 3 saylı Uşaq İncəsənət Məktəbi təşkil etmişdir. Tədbirdə İ. Nəsiminin həyat və yaradıcılığı, zəngin bədii irsinin tədqiqi və təbliği ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Bəhram oğlu Məlikov, Xalq artisti Əbdül Mahmudov və aktrisa Xalidə Qasımova çıxış etmişdirlər. Bədii hissədə isə İ. Nəsimi həyatını vəsf edən səhnələr göstərilmişdir. Nəsimi rolunda Bakı uşaq teatrının aktyoru Əliiqulu Səmədov, dərviş rolunda isə aktyor Elçin Cəfərov çıxış etişdirlər. Eyni zamanda İ. Nəsimi yaradıcılığından qəzəllər və musiqi nömrələri səslənmişdir.

Geri

XƏBƏRLƏR

  • “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans

    Ətraflı
  • 19 Mart 2019- cu il tarixində “Atəşgah məbədi” DTMQ-da İlaxır Çərşənbə Bayramı qeyd edilmişdir.

    Ətraflı
  • İmaddədin Nəsiminin 650 illik yubileyinin keçirilməsi

    Ətraflı
  • "Atəşgah məbədi" Dövlət tarix memarlıq qoruğunda “Cümhuriyyətdən müstəqilliyə gedən yol” adlı tədbir keçirilmişdir

    Ətraflı

Copyright © 2019 |